“Beşiktaş”lı futbolçu hücuma məruz qaldı: Altı ay meydandan uzaq qalacaq

23-07-2023, 12:44           
“Beşiktaş”lı futbolçu hücuma məruz qaldı: Altı ay meydandan uzaq qalacaq
Türkiyənin “Beşiktaş” futbol klubunun müdafiəçisi Emrecan Uzunhan qəzaya uğradıqdan sonra hücuma məruz qalıb.

Bu barədə şənbə günü klubdan məlumat verilib.

“Futbolçumuz Emrecan Uzunhan bu gün maddi zərərlə nəticələnən qəzaya düşüb və qəzadan sonra qeyd apararkən avtoxuliqanın hücumuna məruz qalıb. MRT nəticəsində futbolçumuzun arxa bud əzələləri nahiyəsinin qığırdaqlarında 4-cü dərəcəli zədə aşkarlanıb və onun müalicəsinə başlanılıb”, - məlumatda deyilir.

Futbolçunun 4-6 ay müddətinə sıradan çıxdığı bildirilir.
Qeyd edək ki, Uzunhanın 20 yaşı var və o, 2022-ci ilin yayında “Beşiktaş”a keçib. Futbolçu ötən mövsümü icarə əsasında Türkiyənin “Antalyaspor” klubunda keçirib və 12 matçda bir məhsuldar ötürmə edib.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru