Arda Güler uzun müddət oynaya bilməyəcək

30-07-2023, 15:19           
Arda Güler uzun müddət oynaya bilməyəcək
Bu yay “Fənərbaxça”dan “Real”a keçən, bir neçə gün öncə zədələnən Arda Gülerin durumuna aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, o, sağ dizindən zədə alıb. Məşhur ispaniyalı həkim Pedro Luis Ripoll “Marca”ya açıqlamasında 18 yaşlı yarımmüdafiəçinin ən az 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.

O qeyd edib ki, zədə ciddi olarsa, bu müddət 5 ayadək uzanacaq.

Güler zədəyə görə klubun ABŞ-dakı düşərgəsindən ayrılıb. O, Madridə qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru