Messi qol vurdu, komandası finala yüksəldi - VİDEO

16-08-2023, 14:47           
Messi qol vurdu, komandası finala yüksəldi - VİDEO
Bu gün ABŞ, Kanada və Meksika komandaları arasında keçirilən Liqa Kubokunun yarımfinal oyunları keçirilib.

Publika.az xəbər verir ki, superulduz Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Filadelfiya" ilə qarşılaşıb. Görüş Mayami təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Leo bu görüşdə fərqlənərək komandasının qələbəsində pay sahibi olub. Bununla da o, "İnter" formasıyla meydana çıxdığı 6-cı oyunda da fərqlənib. Messi yeni komandasında artıq 9 qol vurub.

Oyundakı digər qolları Josef Martines, Xordi Alba və David Ruiz vurub.

"İnter Mayami"nin finaldakı rəqibi də müəyyənləşib. Devid Bekhemin sahibi olduğu komanda avqsutun 19-da keçiriləcək həlledici görüşdə "Monterrey"i 2 cavabsız qolla məğlub edən "Neşvil"lə qarşılaşacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru