“Mançester Siti” Avropa Superkubokunun qalibi olub - VİDEO

17-08-2023, 10:08           
“Mançester Siti” Avropa Superkubokunun qalibi olub - VİDEO
İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları arasında UEFA Superkuboku uğrunda görüş başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda çıxış ediblər.

Görüşü baş hakim Fransua Leteksye (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Matçın 25-ci dəqiqəsində “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb. 63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib. Matçın qalan vaxtında komandaların hər birinin qol vurub önə keçmək şansları olsa da, buna nail ola bilməyiblər -1:1.
Görüş penaltilər seriyasına keçib.

Penaltilər seriyasında isə “şəhərlilər” daha dəqiq olublar. Belə ki, həlledici penaltini Qudel reallaşdıra bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru