Messi bu səbəbdən “Inter Mayami”yə keçib

19-08-2023, 11:08           
Messi bu səbəbdən “Inter Mayami”yə keçib
Argentinalı hücumçu Lionel Messi niyə “Paris Saint-Germain”dən “Inter Mayami”yə keçmək qərarına gəldiyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.

“Çox düşündük və ailəmlə birlikdə qərar verdik. Buraya həyatım boyu oynadığım futboldan həzz almağa davam etmək üçün gəldim. Mən buranı əsasən buna görə seçdim”, – forvard bildirib.

Xatırladaq ki, 36 yaşlı Messi iyulun 15-də “İnter Mayami”yə keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru