Tayson dünyanın səbirsizliklə gözlədiyi görüşün baş tutmamasının səbəbini açıqladı - FOTO

28-10-2023, 08:57           
Tayson dünyanın səbirsizliklə gözlədiyi görüşün baş tutmamasının səbəbini açıqladı - FOTO
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson rusiyalı qarışıq döyüş sənətləri (MMA) döyüşçüsü Fyodr Yemelyanenko ilə döyüşməkdən imtina edib.

O, bu barədə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən mətbuat konfransında elan edib.

Tayson bunun səbəbini də izah edib.

“Fyodorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir”, - deyə əfsanəvi boksçu bildirib.

Qeyd edək ki, rusiyalı boksçu avqust ayında keçmiş dünya çempionu ilə döyüşmək arzusunda olduğunu bildirib. Sentyabrda Yemelyanenkonun Taysonla döyüşmək üçün danışıqlar apardığı və boks məşqlərinə başladığı məlum olub.

Tayson sonuncu dəfə 2020-ci ildə həmyerlisi Roy Consa qarşı rinqə çıxıb. Döyüş heç-heçə başa çatıb. Bu Taysonun son 15 ildə ilk çıxışı olub.


cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru