“Bavariya” onun keçidini rəsmən açıqladı

28-01-2024, 17:08           
“Bavariya” onun keçidini rəsmən açıqladı
“Bavariya” Türkiyənin “Qalatasaray” klubundan 23 yaşlı sağ cinah müdafiəçisi Saşa Boeni transfer etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bu mənim üçün gerçəkləşən bir xəyaldır. “Bavariya” kimi böyük klubda oynamaq mənim üçün böyük şərəfdir. Bu böyük oyunçularla oynamağı səbirsizliklə gözləyirəm. Mən hücum etməyi sevən müdafiəçiyəm. Həm öndə, həm də müdafiədə oynamağı xoşlayıram”, – deyə “Bavariya”nın rəsmi saytı Boenin sözlərindən sitat gətirib.

Münhen klubu Boe ilə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru