Messinin İspaniya çempionatındakı uğurunu fəth etdi

30-01-2024, 08:54           
Messinin İspaniya çempionatındakı uğurunu fəth etdi
“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya çempionatında keçirdiyi oyunların sayına görə argentinalı hücumçu Lionel Messini ötüb.

Bu barədə jurnalist Pedro Martin özünün X sosial şəbəkəsində (keçmiş Twitter) yazır.

Ramos İspaniya çempionatının 22-ci turunun "Osasuna" ilə oyununda (1:1) iştirak edib. Müdafiəçi üçün bu görüş İspaniya çempionatında 521-ci olub. O, La Liqada 520 oyunu olan Messini geridə qoyaraq, səkkizinci yerə yüksəlib.

İspaniya çempionatında oyunların sayına görə rekordçular Andoni Subisarreta və Xoakindir (622).

Ramos 2023-cü ildən "Sevilya"da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Müdafiəçi daha əvvəl 2004-2005-ci illərdə bu klubda çıxış edib. Ramos İspaniyada “Real”dad a çıxış edib.

Bu mövsümdə Ramos İspaniya çempionatında 13 oyunda iştirak edib və 1 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru