Asiya Kuboku: Qətər geridönüş edərək 1/4 finala vəsiqə qazanıb

30-01-2024, 11:44           
Asiya Kuboku: Qətər geridönüş edərək 1/4 finala vəsiqə qazanıb
Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün son oyununda Qətər millisi Fələstinlə üz-üzə gəlib.

Hesabı Fələstin seçməsi açsa da, Qətər yığması iki qol vuraraq 1/4 final mərhələsinə adını yazdırmağı bacarıb - 2:1.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan və İordaniya seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru