Mariya Şarapova özündən 14 yaş kiçik oğlanla rəqs görüntülərini paylaşdı - VİDEO

30-01-2024, 17:54           
Mariya Şarapova özündən 14 yaş kiçik oğlanla rəqs görüntülərini paylaşdı - VİDEO
Dünyaca məşhur keçmiş rusiyalı tennisçi Mariya Şarapova ötən gün Avstraliya Açıq çempionatının qalibi olmuş 22 yaşlı italyan tennisçi Yannik Sinneri təbrik edib.

Mariya Şarapova özünün “Instagram” hesabında Yannik Sinnerlə yeni il ərəfəsində çəkdirdiyi videonu paylaşıb.

“Mən bilirdim ki, nə vaxtsa bu videoya görə peşman olacaqsan. Təbrik edirəm, çempion! Səbir, soyuqqanlılıq, səviyyə”, - deyə Şarapova paylaşıdığı videoya şərhində yazıb.
Xatırladaq ki, dünyanın dördüncü raketkası, 22 yaşlı italiyalı tennisçi Yannik Sinner ötən gün karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Yarışın finalında Yannik dünyanın üçüncü raketkası, rusiyalı Daniil Medvedevi məğlub edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru