Holand sabahkı matçda oynaya biləcəkmi? – Qvardiola açıqladı

31-01-2024, 11:08           
Holand sabahkı matçda oynaya biləcəkmi? – Qvardiola açıqladı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın norveçli hücumçusu Erlinq Holandın son vəziyyəti barədə danışıb.

Fanat.az “The Atletic”ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı uzun sürən zədədən sonra məşqlərə başlayan ulduz futbolçunun hazır olduğunu deyib:

“Holand son məşqlərdə iştirak edib və “Börnli” ilə oyunda meydana çıxa bilər. O, zədəsini tam sağaldıb”.
Aldığı zədə səbəbindən dekabrın 9-dan bəri “Mançester Siti”yə kömək edə bilməyən Erlinq cari mövsüm “şəhərlilər”in forması ilə bütün turnirlərdə 22 oyuna çıxıb. Skandinaviyalı oyunçu bu qarşılaşmalarda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Siti” – “Börnli” matçı sabah keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru