Laporta Xavinin yerinə kimi görmək istədiyini açıqladı

31-01-2024, 17:54           
Laporta Xavinin yerinə kimi görmək istədiyini açıqladı
Hazırda İspaniya mətbuatının və futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələ Xavinin gedişindən sonra boş qalacaq “Barselona”nın sükanı arxasına kimin keçəcəyidir.

Artıq mətbuatda klubun prezidenti olan Joan Laportanın bu istiqamətdə ilk açıqlaması dərc edilib.

“Barselona”nın prezidenti bildirib ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Xavinin gedişindən sonra Kataloniya klubunun baş məşqçisi olmağa əsas namizəddir.

Lakin J.Laporta 2025-ci ilin yay ayına qədər “Mançester Siti” ilə müqaviləsi olan P.Qvardiolanı İspaniyaya necə dəvət edəcəyini açıqlamayıb.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi Ernandes cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Mənbə: El Chiringuito TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru