“Mançester Siti” və “Tottenhem”dən qələbə - VİDEO

1-02-2024, 09:06           
“Mançester Siti” və “Tottenhem”dən qələbə - VİDEO
İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.
“Mançester Siti” ev oyununda “Börnli”ni məğlub edib - 3:1. Qarşılaşmada Xulio Alvares dublla (16, 22) yadda qalıb. Bu qələbə sayəsində xallarını 46-ya çatdıran “şəhərlilər” hazırda ikinci pillədədirlər. Qvardiolanın yetirmələrinin aktivində bir ehtiyat oyunu da var. “Bernli” isə cəmi 12 xal toplayıb və 19-cu yerdə qərarlaşıb.


“Tottenhem” isə ev matçında “Brentford”un öhdəsindən çətinlikdə gəlib. Qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Hazırda Premyer Liqada keçirilən 22 matçdan sonra “Tottenhem” 43 xalla 4-cü yerdədir. “Brentford”un isə 21 matçdan sonra 22 xalı var və komanda 15-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru