ÇARŞAF GEYİNMƏKDƏN İMTİNA EDƏN "ANNA MUZİÇUK" TİTULUNU İTİRİB.

2-02-2024, 19:04           
ÇARŞAF GEYİNMƏKDƏN İMTİNA EDƏN "ANNA MUZİÇUK" TİTULUNU İTİRİB.
Şahmat üzrə dünya çempionu Anna Muzıçuk çarşaf geyinmək istəmədiyi üçün titulunu qorumaq şansını itirib.
Dünya şöhrətli ukraynalı şahmat çempionu Anna Muzıçuk ikinci dərəcəli insan kimi davranılmaması üçün Səudiyyə Ərəbistanında keçiriləcək turnirdə iştirakdan imtina edib.
Gənc idmançı qərarını sosial media hesabında açıqlayıb.
Muzıçuk sosial media hesabında qadınların ikinci dərəcəli varlıq kimi göstərilməsindən narahat olduğu üçün Səudiyyə Ərəbistanında keçiriləcək turnirə qatılmayacağını açıqlayıb.
“Mən başqasının qaydaları ilə yaşamıram”
Muzıçuk, "Düz bir il əvvəl iki çempionluq qazandım. Şahmat dünyasının ən xoşbəxt insanı idim. Amma bu dəfə özümü pis hiss edirəm. Əvvəlki 10 turnirdə qalib gəldiyimdən daha çox qalib gələ biləcəyimi biilsəmdə, yarışa qatılmamağa qərar verdim. Çadra geyinib kişilərin müşayiəti ilə küçələrdə gəzməklə başqalarının qaydalarına əməl edərək yaşamaq istəmirəm!" dedi. O, titulunu itirdi, amma şərəfini qorudu.
Bu arada çempion şahmatçının bacısı Mariya da eyni səbəblərdən ötən il İranda keçirilən turnirə qatılmayıb.
Cavid Dəmirli
TEREF: Xocanin Blogu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru