Cənubi Koreya Asiya Kubokunun yarımfinalında Avstraliyaya qalib gəldi - VİDEO

3-02-2024, 09:48           
Cənubi Koreya Asiya Kubokunun yarımfinalında Avstraliyaya qalib gəldi - VİDEO
Avstraliya və Cənubi Koreya millilərinin qarşılaşdığı Asiya Kubokunun 1/4 final oyunu başa çatıb.

Oxu.az xəbər verir ki, Qətərdə baş tutan oyunun nəticəsi Koreya yığmasının 2:1 hesablı qələbəsi olub.

Qarşılaşmada hesab birinci hissənin bitməsinə üç dəqiqə qalmış açılıb - Kreyq Qudvin qola imza atıb. Avstraliyalılar demək olar ki, oyunun sonuna kimi öndə olsalar da, 90+6-cı dəqiqədə Hvan Hi Çxan penaltini qola çevirərək hesabı bərabərləşdiriblər. Əlavə vaxtda Son Xın Min qələbə qolunu vuraraq Cənubi Koreyanı turnirin yarımfinalına çıxarıb.
Koreya millisi Asiya Kubokunun yarımfinalına yüksələn ikinci komanda olub - finala çıxmaq üçün Cənubi Koreya tarixdə ilk dəfə regional turnirin yarımfinal mərhələsinə yüksələn İordaniya komandası ilə mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru