“Aston Villa” autsayderə rəhm etmədi - VİDEO

4-02-2024, 09:34           
“Aston Villa” autsayderə rəhm etmədi - VİDEO
İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Liderlər qrupunda qərarlaşan “Aston Villa” səfərdə turnir cədvəlinin sonuncusu “Şeffild”lə qarşılaşıb. Qonaqlar ev sahiblərinə aman verməyiblər.

Matçda tamaşaçılar beş qolun şahidi olublar ki, onların da hamısı “Şeffild”in qapısına vurulub. Beləliklə də, turnirin autsayderi meydanı darmadağın olunaraq tərk edib – 0:5.
Bu qələbə sayəsində “Aston Villa” xallarının sayını 46-ya çatdıraraq 4-cü sıraya yüksəlib. Onun rəqibi isə cəmi 10 xalla 20-ci pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru