La Liqa: “Jirona” “Real”ı keçmək şansını əldən verdi
4-02-2024, 12:14
İspaniya La Liqasının XXIII turunda “Jirona” doğma meydanda “Real Sosyedad”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib. 0:0 hesabı hər iki komandaya bir xal qazandırıb. Bu nəticədən sonra “Jirona” 56 xalla ikinci “Real Sosyedad” isə 37 xalla altıncı pillədə qərarlaşıb.