Taylandda saxta Xabi Alonso peyda olub

4-02-2024, 10:48           
Taylandda saxta Xabi Alonso peyda olub
Tayland polisi azarkeşlərdən özlərini “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso kimi təqdim edən onlayn fırıldaqçılara pul köçürməməyi xahiş edib.

Yerli hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, ispan məşqçinin sosial şəbəkədə təsdiqlənmiş hesabında azarkeşlərdən Liverpula təyyarə biletlərinin ödənilməsi üçün 8500 dollar istənilir.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra komandanın başına Alonsonun keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Taylanddakı fırıldaqçılar isə Alonsonu Kloppun varisi kimi görmək istəyən azarkeşləri aldatmağa çalışırlar.

Mənbə: sport24.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru