Böyük döyüşün keçirilmə tarixi açıqlandı

4-02-2024, 17:09           
Böyük döyüşün keçirilmə tarixi açıqlandı
Tayson Fyuri və Aleksandr Usik arasında təxirə salınmış döyüşün yeni tarixi bəlli olub.

Offsideplus.az xəbər verir ki, böyük maraqla gözlənilən görüş mayın 18-də keçiriləcək.

Bu barədə Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri şahzadə turki Əl əş-Şeyx məlumat verib. Qarşılaşma Ər-Riyad şəhərində baş tutacaq.

Qeyd edək ki, Fyuri ilə Usik arasında döyüş fevralın 17-də keçirilməli idi. Britaniyalı boksçunun sparrinqdə ciddi zədə alması görüşün təxirə salınmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru