Müller 500-ə çatdı 4-02-2024, 15:28 Dünən keçirilən oyunda “Bavariya” “Borussiya”nı (Münhenqladbax) 3-1 hesabıyla məğlub edib.İdmanxeber.az-ın məlumatına görə, görüşə start heyətində başlayan Tomas Müller Münhen klubuyla 500-cü qələbəsini qazanıb.2009-cu ildən “Bavariya”nın əsas komandasında çıxış edən Müller 690 oyunda 237 qol vurub və 264 məhsuldar ötürmə edib. Facebook-da paylaş