“Ronaldonun məndən yaxşı olduğunu düşünmürəm”

4-02-2024, 18:14           
“Ronaldonun məndən yaxşı olduğunu düşünmürəm”
“Real Madrid”in sabiq hücumçusu Eden Hazard portuqaliyalı Kriştianu Ronaldonu özündən yaxşı hesab etmədiyini deyib.

Bu barədə “All About Argentina” sosial şəbəkələrdə yazıb.

“Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq Messi bəlkə də yeganədir. Cristiano məndən böyük oyunçudur. Amma təmiz futbol nöqteyi-nəzərindən onun daha yaxşı olduğunu düşünmürəm”, Hazard bildirib.

Qeyd edək ki, 10 oktyabr 2023-cü ildə Hazard peşəkar karyerasını bitirdiyini elan edib. İyun ayında 32 yaşlı belçikalı 2019-cu ildən formasını geyindiyi “Real Madrid”lə müqaviləsini pozub. İspaniya çempionatının son mövsümündə Hazard altı matçda iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru