“Napoli” doğma meydanda “Verona” üzərində qələbə qazandı - VİDEO

5-02-2024, 07:34           
“Napoli” doğma meydanda “Verona” üzərində qələbə qazandı - VİDEO
İtaliya A seriyasının 23-cü turunda hazırkı İtaliya çempionu “Napoli” “Verona” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabda önə keçiblər - Diyeqo Koppola slovakiyalı Tomaş Suslovun ötürməsindən qol vurub.

Meydan sahiblərinin qollarını 79 və 87-ci dəqiqələrdə Nqonqe və Kvaratsxeliya vurublar.

“Napoli” 35 xal toplayıb və 9-cu yerdən 7-ci yerə yüksəlib.

Növbəti turda Valter Mazzarrinin yetirmələri səfərdə “Milan”la qarşılaşacaqlar. “Verona” Monzaya səyahət edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru