Messi oynamırsa, pulumuzu qaytarın…
4-02-2024, 12:34

Amerikanın "İnter Mayami" komandası ilə Honq-Konq XI klubu arasında Honq-Konqda keçirilən yoldaşlıq futbol matçında matçın əsas ulduzu, milli komandanın argentinalı hücumçusu və dünya çempionu Lionel Messi “zapas”da oturaraq meydana çıxmayıb.
Bununla əlaqədar olaraq, Honq Konq rəhbərliyi matçın təşkilatçılarına müraciət edərək, bunun nə üçün baş verdiyinə dair izahat tələb ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, şəhər rəhbərliyi matçın təşkilatçılarına 15 milyon Honq-Konq dolları (1,9 milyon ABŞ dolları) qrant ayırıb. İndi onlar hədələyiblər ki, Messinin meydanda olmaması səbəbindən şirkət üçün əlavə maliyyəni kəsə bilərlər.
Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, qiyməti 100 dollara çatan matçın biletləri bir saatdan az müddətdə satılıb. Görüş zamanı məyus olan azarkeşlər yüksək səslə Messinin meydana buraxılmasını tələb etməyə başlayıblar və ikinci hissənin sonlarına doğru fit çalmağa, həttabiletlərin geri qaytarılmasını tələb edərək “Geri qaytarın!” deyə qışqırmağa başladyıblar.
Qeyd edək ki, amerikalıların 4:1 hesabı ilə qalib gəldiyi matçın sonunda “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino azarkeşlərdən üzr istəyib və MessininSəudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə görüşdə zədələndiyini bildirib.