Dünya və Avropa çempionu Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub

5-02-2024, 12:54           
Dünya və Avropa çempionu Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub
Pauerliftinq üzrə dünya və Avropa çempionu, Ukraynanın ən güclü adamlarından biri Aleksandr Belokon müharibədə həlak olub.

Onun 32 yaşı var idi.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Yunan-Roma Güləş Federasiyasının fəxri prezidenti Vadim Kisil məlumat verib.

O, sosial şəbəkələrdə yazıb: “Pauerliftinq üzrə dünya və Avropa çempionu, Ukrayna rekordlar kitabının rekordçusu Aleksandr Belokon rus faşistləri ilə müharibədə həlak olub”.

2017-ci ildə Aleksandr Belokon insanlarla dolu traktor qoşqusunun hərəkətinə görə Ukrayna rekordu qoydu. 2020-ci ildə qəhrəmanlıq oyunları üzrə idman ustası adını alıb. Elə həmin il Ukraynanın ən güclüsü adı uğrunda mübarizədə 95-ci çəki dərəcəsində birinci yeri tutdu. 2021-ci ildə ilk güclülər liqasının finalında Belokon yük maşınlarının çəkilməsi üzrə Ukrayna rekordunu qoydu. İdmançı 2023-cü ilin martında səfərbər edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.