“Beşiktaş” “Trabzonspor”a qalib gəldi

5-02-2024, 08:58           
“Beşiktaş” “Trabzonspor”a qalib gəldi
Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun mərkəzi oyununda "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hər iki qolu meydan sahiblərinin gənc futbolçusu Semih Kılıçsoy vurub. Yarımmüdafiəçi 44 və 62-ci dəqiqələrdə fərqlənib.

Günün digər oyunlarında "Pendikspor" "Adana Demirspor"u, "Kasımpaşa" isə "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Beşiktaş" 39 xalla üçüncü, "Trabzonspor" isə 37 xalla dördüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru