A Seriyası: “İnter” “Yuventus”u məğlub etdi - VİDEO

5-02-2024, 15:54           
A Seriyası: “İnter” “Yuventus”u məğlub etdi - VİDEO
İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “İnter” və “Yuventus” komandaları üz-üzə gəliblər.

Oxu.az xəbər verir ki, matçı Fabio Mareskanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “İnter” minimal hesablı qələbəyə imza atıb - 1:0.

37-ci dəqiqədə “İnter” yeganə qolu vurub. “Yuventus”un müdafiəçisi Federiko Qatti topu öz qapısına göndərib.
Hazırda “İnter” turnir cədvəlində birinci yeri tutur. Komanda 22 oyundan sonra 57 xal toplayıb. “Yuventus” 23 oyundan sonra 53 xalla ikinci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru