Türkiyə kuboku: “Qalatasaray” altı qol vurulan qarşılaşmada qalib gəldi - VİDEO

7-02-2024, 10:44           
Türkiyə kuboku:
Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qalatasaray” 1-ci liqa təmsilçisi “Bandırmaspor”u qəbul edib.

“Rams Park”da keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb - 4:2.

26-cı dəqiqədə “Qalatasaray”dan Davinson Sançes matçda hesabı açıb.

10 dəqiqə sonra Halil Dervişoğlu penaltidən fərqi 2-yə yüksəldib. Daha 4 dəqiqə sonra isə Tete penalti qazanaraq hesabı 3-0-a çatdırıb.
Qonaqlar buraxılan qollardan ikisinin əvəzini çıxsalar da, 90+6-cı dəqiqədə “cim-bom”un yeni transferi Karlos Vinisius komandadakı ilk qolunu vuraraq hesabı 4-2 edib və matç bu nəticə ilə də yekunlaşıb.

Beləliklə, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi fevralın 12-də keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru