Əfsanəvi baş məşqçi dünyanın ən bahalı yarış atını alıb

7-02-2024, 11:58           
Əfsanəvi baş məşqçi dünyanın ən bahalı yarış atını alıb
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson ən bahalı yarış atının sahibi olub.

Kolduell Potter adlı at, “Tattersalls Ireland” açıq hərracında alınıb və 2019-cu ildə 620.000 funt-sterlinq (1.324.240 AZN) olan əvvəlki rekordu üstələyərək 634.000 funt-sterlinqə (1.354.142 AZN) alınıb.

Qeyd edək ki, 82 yaşlı Ferqyuson digər atı - Hermes Allen Sendaundakı yarış zamanı zədələndikdən sonra bu atı alıb.
Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. Onun rəhbərliyi altında “Mançester Yunayted” 13 dəfə İngiltərə Premyer Liqasının çempionu olub, beş dəfə ölkə kubokunun qalibi olub və iki dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru