Portuqaliya klubu “Qarabağ“ı xəbərdar etdi – Bakıya 2 "casus" göndəririk

7-02-2024, 18:16           
Portuqaliya klubu “Qarabağ“ı xəbərdar etdi – Bakıya 2 "casus" göndəririk
Sabah Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarına start veriləcək.
Masazırda “Sabah“a 7:1 hesabıyla qalib gəlmiş “Qarabağ“ sabah Tofiq Bəhramov adına Respublika stadionunda formal xarakterli qarşılaşmaya çıxacaq.
Bu görüşü izləyənlər arasında “Braqa“nın 2 nümayəndəsi də olacaq.
TEREF xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a bildirib ki, Portuqaliya təmsilçisi bu barədə onları məlumatlandırıb.
Qarşı tərəfin Bakıya səfərinin məqsədi aydındır - Avropa Liqasının pley-off mərhələsində rəqib olduqları “köhlən atlılar“ın son turu ilə yerində tanış olmaq.
Bundan öncə “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev sözügedən ölkədə olub. Qurban Qurbanovun yardımçısının tribunadan izlədiyi oyunda “Braqa” qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru