Renat Dadaşov oynadı, komandası Türkiyə kuboku ilə vidalaşdı

8-02-2024, 10:44           
Renat Dadaşov oynadı, komandası Türkiyə kuboku ilə vidalaşdı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Başakşəhər”lə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrllik zərbələri daha dəqiq yerinə yetirən “Başakşəhər” 1/4 finala yüksəlib.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 20 oyun keçirib və 4 qol vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.