Kot-d'İvuar yığması Afrika Millətlər Kubokunun finalına yüksəldi - VİDEO

8-02-2024, 12:18           
Kot-d'İvuar yığması Afrika Millətlər Kubokunun finalına yüksəldi - VİDEO
Kot-d'İvuar və Konqo Demokratik Respublikası komandaları arasında Afrika Millətlər Kubokunun yarımfinal oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, görüş Abidjandakı (Kot d'İvuar) “Olimpik Alassane Uattara” stadionunda baş tutub. Kot-d'İvuar 1:0 hesabı ilə qalib gəlib.

65-ci dəqiqədə hücumçu Sebastyen Aller hesabı açaraq komandasını önə çıxarıb. Ona Maks-Alen Qradel asist edib.
Beləliklə, 2024-cü il Afrika Millətlər Kubokunun final oyununda Kot-d'İvuar və Nigeriya milliləri arasında qarşıdurmanın şahidi olacağıq. Bu görüş fevralın 11-də baş tutacaq. Konqo DR komandası isə fevralın 10-u Cənubi Afrika Respublikası ilə üçüncü yer uğrunda mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru