“NTD-İndiqo” amerikalı basketbolçu ilə müqavilə bağlayıb

8-02-2024, 15:36           
“NTD-İndiqo” amerikalı basketbolçu ilə müqavilə bağlayıb
"NTD-İndiqo" komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz təmsilçisi ABŞ-dan olan Eysan Vayli ilə müqavilə imzalayıb.

25 yaşlı hücumçu bu mövsümün sonuna kimi “NTD-İndiqo”nun şərəfini qoruyacaq.

Oyunçu son olaraq Danimarkanın “Holbek-Stenhus” komandasının formasını geyinib.

Qeyd edək ki, ”NTD-İndiqo” turnir cədvəlində 23 xalla 4-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru