Futbolda tezliklə mavi vərəqənin də təqdim edilməsi planlanıb.
Offsideplus.az xəbər verir ki, bu vərəqə oyunçulara hakimi aldatmaq üçün hərəkət etdiyi və hakimə kəskin etirazı, kinli qayda pozuntusuna yol verməsi və ya fikir ayrılığı nümayiş etdirməsi hallarında göstəriləcək.
Mavi vərəqə görən oyunçu 10 dəqiqə ərzində meydandan kənarlaşdırılacaq.