Avropa çempionatında qalmaqal: Oyundan əvvəl rəqiblərinin əlini sıxmadılar

9-02-2024, 18:34           
Avropa çempionatında qalmaqal: Oyundan əvvəl rəqiblərinin əlini sıxmadılar
Qadınlar arasında "Euro Basket 2025”in seçmə mərhələsi çərçivəsində Latviyada keçirilən İsrail və İrlandiya matçından əvvəl qalmaqal yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, matçdan əvvəl irlandiyalı basketbolçular İsrail yığmasının üzvlərinin əlini sıxmayıblar. İrlandiya millisinin üzvləri seçmə mərhələ çərçivəsində qarşılaşdıqları rəqiblərinin bəzi oyunçuları və komanda işçilərinin onları antisemitizmdə ittiham etmələri səbəbindən oyun öncəsi ənənəvi əl sıxma mərasimində iştirakdan imtina edib.

İrlandiya Basketbol Federasiyasından dünən verilən rəsmi açıqlamada Riqada oynanılan matçdan əvvəl bəzi israilli basketbolçular və komanda işçilərinin irlandiyalı oyunçuları "antisemitizm”də ittiham olunduqları üçün matçdan əvvəl və ya sonra rəsmi əlsıxma mərasimində iştirak etməyəcəkləri bildirilmişdi. İrlandiyanın basketbol federasiyasının rəsmiləri israillilərin bu şərhlərinin İsrail Basketbol Federasiyasının rəsmi kanallarında yayımlandığına diqqət çəkib.

İrlandiyalılar qərarları ilə bağlı komandanın qərarını dəstəklədiklərini vurğulayaraq, bu cür bəyanatları təxribatçı və aldadıcı ittihamlar kimi qiymətləndirib. Federasiya onu da bəyan edib ki, İrlandiya komandası milli himninin səsləndirilməsi zamanı meydanın ortasında deyil, kənarda olacaq.

Qarşılaşmada 87-57 hesabı ilə qalib gələn İsrail millisinin baş məşqçisi Şaron Druker matçdan sonra verdiyi açıqlamada bu hadisələrə diqqət çəkərək, "Uzun illər idmanla məşğulam həyatımda belə bir şey görməmişəm. Güzəştsiz, əl sıxmadan, bir-birini təbrik etmədən oyun olmayıb. Onlar mütləq addım atıblar. Və bu gün cəzalarını aldılar" - ifadələrinə yer verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru