Özil “mavi kart”a görə “Atletiko”ya belə ilişdi – FOTO

10-02-2024, 10:39           
Özil “mavi kart”a görə “Atletiko”ya belə ilişdi – FOTO
Fevralın 8-də Beynəlxalq Futbol Şurası (IFAB) futbolda mavi kartların istifadəyə verilməsi haqda qərar çıxarıb.

Mavi kart rəqibin hücumunu qəsdən pozmaq və hakimlə razılaşmamaöa görə veriləcək. Mavi vərəqə alan oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.

“Real”ın sabiq futbolçusu Məsut Özil “mavi vərəqə”nin tətbiqi ilə bağlı yayılan söz-söhbətlər fonunda “Twitter” səhifəsində “Atletiko Madrid”ə “ilişib”.

“Deməli, “Atletiko Madrid” yalnız altı oyunçu ilə oynayacaq? ”, – Məsut yazıb.

Özil “Real Madrid”də 4 mövsüm (2010-2014) oynayıb, 105 oyun keçirib və 19 qol vurub.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru