"Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var"

10-02-2024, 09:26           
"Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var"
“Püşkatma bizim üçün bundan pis və ya yaxşı ola bilərdi. Bu, mütləq çıxa biləcəyiniz bir qrupdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik UEFA Mİllətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Yaxşı qrupa düşdüklərini qeyd edən veteran futbolçu millinin baş məşqçisi Françesko Kaltsona kimi 2022-ci ildə UEFA Millətlər Liqasında Azərbaycana uduzduqları oyunu (1:2) unutmadıqlarını bildirib:

"Fikrimcə, İsveç hazırda Rumıniyadan çətin rəqibdir. Onların oyun üslubu bizə yaxındır.

Çətin olacaq. Millətlər Liqasının əvvəlki mövsümündən Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var. Estoniya qrupun autsayderi olacaq”.

Azərbaycan millisiC Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru