Əməliyyat olundu: Xoşxassəli şiş götürüldü

11-02-2024, 11:58           
Əməliyyat olundu: Xoşxassəli şiş götürüldü
Məşhur tennisçi Cennifer Bredi dizindən əməliyyat olunub.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün əməliyyat zamanı hər şey çox yaxşı keçdi. Mən əməliyyatdan sonra Ayla Tomlyanoviç kimi yaraşıqlı görünmək istərdim”, – deyə amerikalı raketka ustası yazıb.

Tomlyanoviçin xoşxassəli şişi götürülüb. Maraqlıdır ki, reabilitasiya dövründə Cennifer Kaliforniya Universitetinin qadın tennis komandasında köməkçi məşqçi kimi çalışacaq.

Bredi daha çox 2021-ci ildə Avstraliya Açıq çempionatının finalçısı kimi tanınır. Dizindəki zədədən sonra o, 2 ilə yaxın yarışlardan uzaq qalıb. 2023-cü ilin avqustunda idmana qayıdıb. Bundan sonra o, cəmi 12 oyun keçirib və 6-da qalib gəlib.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru