İngiltərə Premyer Liqası: “Arsenal” Konfrans Liqasının qalibini darmadağın edib

12-02-2024, 08:38           
İngiltərə Premyer Liqası:
İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vest Hem” “Arsenal”ı qəbul edib.

“Report” xəbər verir ki, London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub. Matçda sükut 32-ci dəqiqədə pozulub: fransalı müdafiəçi Vilyam Saliba Deklan Raysın ötürməsindən sonra topu qapıya göndərib. 41-ci dəqiqədə Bukayo Saka hesabdakı fərqi artıraraq 2:0-a çatdırsa da, bu, birinci hissəsdə vurulmuş son qol olmayıb. Cəmi 3 dəqiqə sonra braziliyalı müdafiəçi Qabriel Maqalyans hesabı darmadağın həddə çatdırıb. Ona məhsuldar ötürməni yenə Rays verib. İlk yarıya əlavə edilmiş ikinci dəqiqədə “topçular” dördüncü qollarını vurublar: bu dəfə 29 yaşlı Leandro Trossard norveçli Martin Edeqorun verimli ötürməsindən sonra qapıya dəqiq zərbə endirib.

İkinci hissədə isə hesab cəmi iki dəfə dəyişib. Qollar iki dəqiqə ara ilə vurulub: 63-cü dəqiqədə Saka Edeqorun yardımı ilə dubla imza atıb; 65-ci dəqiqədə isə Rays Ben Uaytın ötürməsindən sonra matçda son nöqtəni qoyub – 0:6.

Ev sahibləri isə passivlərinə dörd sarı vərəqə əlavə etməklə seçiliblər.

Qeyd edək ki, 24 oyundan sonra “Arsenal” 3-cü pillədə qərarlaşıb. “Topçular” “Mançester Siti” ilə eyni xal toplasa da, “şəhərlilər” əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, “Siti”nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə “Liverpul”dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var.

"Cebhe.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru