İspaniya La Liqası: “Atletiko” səfərdə “Sevilya”ya məğlub olub - VİDEO

12-02-2024, 11:24           
İspaniya La Liqası: “Atletiko” səfərdə “Sevilya”ya məğlub olub - VİDEO
İspaniya La Liqasının 24-cü turunda “Sevilya” və “Atletiko Madrid” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, komandalar Sevilyadakı “Ramon Sançez Pisxuan” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi kimi Xavyer İqlesias Vilyanueva çıxış edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sevilyalıların yeganə qolunu 15-ci dəqiqədə yarımmüdafiəçi İsaak Romero vurub.
İspaniya çempionatının 24 turundan sonra “Atletiko” 48 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Sevilya” La Liqada eyni sayda oyundan sonra 23 xal toplayıb və 15-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru