Dünya çempionatında iştirak edəcək Azərbaycan bilyardçıları bəlli olub

12-02-2024, 11:30           
Dünya çempionatında iştirak edəcək Azərbaycan bilyardçıları bəlli olub
Bilyard üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, seçim turunda ilk 3 yeri tutan idmançılar mundiala vəsiqə qazanıblar.

Beləliklə, yığmanın heyətində Ramin Səməndərov (1-ci yer), Seyhun Ağayev (2-ci yer), Yəhya Məmmədov və Azər Hacıyev (hər ikisi 3-cü yer) mübarizə aparacaqlar.

Qeyd edək ki, bilyardın qarışıq piramida növü üzrə dünya çempionatı fevralın 27-dən martın 2-dək keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru