Rio-de-Janeyroda keçrilən Yay Olimpiya oyunlarında İsveçli Sara Şestrem 100 m məsafəyə batterflay üsulu ilə üzmədə qızıl medal qazanıb və dünya rekordunu yeniləyib.
Trendin RİA Novosti-yə istanadən verdiyi məlumata görə, yeni dünya rekordu bu proqram növündə 55,48 saniyə təşkil edir.
Qeyd edək ki, əvvəlki rekord (55,64 saniyə) məhz İsveçli Sara Şestremin özünə məxsus idi .