Türkiyə Superkuboku matçının tarixi və yeri açıqlandı - FOTO

22-02-2024, 08:27           
Türkiyə Superkuboku matçının tarixi və yeri açıqlandı - FOTO
Türkiyə Futbol Federasiyası (TFF) əvvəlcə Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan, lakin məlum səbəblərdən ləğv edilən “Fənərbağça” - “Qalatasaray” Superkubok matçının 7 aprel bazar günü saat 21:00-da Şanlıurfada oynanılacağını açıqlayıb.

Qarşılaşmanın Şanlıurfa 11 Nisan Stadionunda oynanılacağı qeyd edilib.

Xatırladaq ki, sözügedən matç ötən il dekabrın 30-da ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid mövqedən çıxış edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru