Rio-2016: Namibiya yığmasının bayraqdarı həbs edilib

9-08-2016, 23:03           
Rio-2016: Namibiya yığmasının bayraqdarı həbs edilib
Rio-2016-da növbəti seks qalmaqalı yaşanıb.

Apasport.az saytının məlumatına görə, Namibiya millisinin boksçusu Cunius Conas (64 kq) Olimpiya kəndində otaqları təmizləyən xadiməni zorlamağa cəhd edib.

Açılış mərasimində ölkəsinin yığma komandasının bayraqdarı olan 22 yaşlı afrikalı həbs olunub və hazırda müvəqqəti saxlanma kamerasındadı. Conas Rio-2016-da iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, bu, Olimpiya kəndində son günlərdə yaşanan ikinci belə hadisədi. 4 gün öncə mərakeşli boksçu Hassan Saad birdən-birə 2 xadiməni zorlamağa cəhd etdiyi üçün həbs olunmuşdu.

Yarışlardan kənarlaşdırılan mərakeşli də namibiyalı kimi hələ də polis bölməsində saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru