Obameyanq Avropa Liqası tarixinin ən yaxşı bombardiri oldu

23-02-2024, 17:54           
Obameyanq Avropa Liqası tarixinin ən yaxşı bombardiri oldu
Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq vurduğu qolların sayına görə Avropa Liqası tarixinin bombardiri olub.

Qeyd olunur ki, bu nailiyyəti ilə Obameyanq “Atletiko Madrid”in sabiq futbolçusu Radamel Falkaonu (30) qabaqlayıb.

Belə ki, Obameyanq UEFA Avropa Liqasının pley-off mərhələsinin ikinci oyununda Donetskin “Şaxtyor” klubunun qapısına qol vurub. Matçın 23-cü dəqiqəsində vurulan qol qabonlu hücumçunun bu turnirdə 31-ci qolu olub.
Mənbə: ua-football.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru