Messinin “İnter Mayami”dəki maaşı açıqlandı

12-04-2024, 15:58           
Messinin “İnter Mayami”dəki maaşı açıqlandı
36 yaşlı argentinalı hücumçu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubunda aldığı məvacib məlum olub.

Məlumata görə, futbolçu ayda 1,6 milyon avro qazanır. Messinin illik maaşı isə 19,2 milyon avrodur.

Argentinalının MLS-də ən çox maaş alan futbolçu olduğu da bildirilir.

Xatırladaq ki, Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
Transfermarkt portalında verilən məlumata görə, argentinalı futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Mənbə: champiponat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru