Fahişə necə olimpiya çempionu oldu? – ÇİN İDMANŞISININ FİLM KİMİ HƏYATI
20-08-2016, 14:52
69 kq çəki dərəcəsində ağırlıqqaldırma yarışlarında Çinə qızıl medal gətirənə kimi heç kəs onun haqqında heç nə bilmirdi. Məşqçisi Çun Yu Min “Reuters”ə müsahibəsində Rio olimpiadasında Çinə ikinci qızıl medalı gətirən 25 yaşlı bu qızcığaz haqqında olduqca tükürpədici xatirələrini danışıb.
İndi hər kəs Pekin olimpiadasında bürünc, Rioda qızıl medal qazanan bu idmançı haqqında danışır. Artıq onunla bütün dünya tanışdır: Xianq Yanmey!
Hafta.az Xiang Yanmeiyin məşqçisinin həmin müsahibəsindən maraqlı hissələri sizə təqdim edir.
İlk dəfə barda...
2005-ci ilin payızı idi. Pekin olimpiadasına üç ildən də az vaxt qalırdı. Ağırlıqaldırma üzrə yığma komandanın tərkibini müəyyənləşdirmək mənə tapşırılmışdı. Seçim mərhələsi cansıxıcı idi. Çünki təcürübəli və istedadlı yeniyetmələr çox idi. Onların ən yaxşılarını seçib iki il yarım ərzində yığma komandaya çağırmaq lazım idi. Axşamlar məşq bitdikdən sonra köməkçi məşqçin Cu Yinlə bara gedirdik.Eynimizi açmağa çalışırdıq. Bu zaman bir yeniyetmə qızcığaz mənə yaxınlaşdı. 50 yuana bədənini satmağı təklif edirdi. Çox çevik və zirək olduğu diqqətimdən yayınmadı. Yaxşı əzələ və bədən quruluşu var idi. O zamanXiangın 14 yaşı vardı. Mən onu sehirli bir yerə aparacağımı bildirdim və Cunu barda qoyub Yanmeyi məşq zalına gətirdim. O, duruxdu. Təbii ki, nə baş verdiyini anlamırdı. Mən ona səni pəhlivan edəcəyəm dedim. O, sanki qorxmuşdu. Dinmədi... Bir iki gün məşqə gəldi, sonra yoxa çıxdı. Yenidən onu həmin barda tapdım. Ona barda qazandığı pulun üç qatını təklif etdim. Razılaşdı. Beləcə böyük idmana gəlməklə, həm də fahişəlikdən qurtulmuş oldu.
Pekində bürünc...
O, elə istedadlı idi ki, məşqlərdən də bezmirdi. Hətta olimpiyadaya bir neçə ay qalmış biz ondan qızıl medal da gözləyirdik. Lakin 205 kq çəkini qaldırarkən ayağı büdrədi və bürünclə kifayətləndi. Xiang Yanmei olimpiya üçüncüsü olanda 17 yaşı vardı. Bu onun üçün olmasa da, bizim üçün əla nəticə idi.
Əxlaqsız təklifdən ailəvi dostluğa
Bundan iki il sonra güləşçi Ayun Ci Sunla evləndi. İndi bir övladları da var. Artıq 8 ildir ki, xanım Yanmey bizim ailənin bir parçasına çevrilib. O, bir dəfə mənə dedi ki, Yu Min, sənə təşəkkür edirəm. Məni çirkabdan qurtardın. Yoxsa mənim bu cür ailəm olmazdı. Xoşbəxt olmayacaqdım. Həmin gün özümü çox bəxtəvər hiss etdim. Məşqçi kimi yox, sadəcə insan kimi. Oğlu Hau indi günün çox vaxtı bizim evdə - qızlarımın yanında olur. Onun 4 yaşı var, səhv etmirəmsə...
8 il sonra qızıl...
Ölkəmizə ikinci medalıXiang Yanmey qazandırdı. Rio olimpiadası onun yaddaşına əbədi həkk olacaq. O, hər qələbə çaldıqca fahişəliyə uğradılmış keçmişini unudur. Bunu özü deyir.
Təxminən bir ay öncə Sinqapurdakı məşq toplanışı zamanı mənə dedi ki, çempion olsam haqqımda nə deyəcəksən? Heç düşünmədən indi sizə danışdıqlarımı dedim. Duruxdu və təbəssümlə dedi ki, danış... Nə o, nə də mən onun keçmişdə fahişə olmasını utancaqlıqla qarşılamırıq. Bu həyatdır, indi Xiang Yanmey Çinin ən saf və qızıl insanıdır.