"Qalatasaray" 100 milyon avroluq futbolçunu İstanbula gətirdi

3-09-2024, 09:45           
"Qalatasaray" 100 milyon avroluq futbolçunu İstanbula gətirdi
"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını "Qalatasaray"da davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, nigeriyalı futbolçu ötən axşam İstanbula gəlib.

İstanbul hava limanında onu minlərlə "Qalatasaray" azarkeşi qarşılayıb. "Cim-Bom" Osimheni icarəyə götürəcəyini açıqlayıb. Müqavilənin maliyyə tərəfləri keçid rəsmiləşəndən sonra açıqlanacaq.

Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "Volfsburq" klubunda başlayıb. 2018-2019-cu illərdə Belçikanın "Şarleru" klubunda çıxış edib. 2019-cu ildə Fransanın "Lill" klubu onu 22,4 milyon avroya heyətinə qatıb. 2020-ci ildə isə "Napoli" afrikalı futbolçunu 77,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 100 milyon avro qiymət qoyub.

Peşəkar karyerası ərzində Osimhen 22 rəsmi oyuna çıxıb, 114 qol vurub və 28 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə "Napoli"nin heyətində İtaliya çempionu olub. Həmin mövsüm A Seriyasında 32 oyuna çıxıb, 26 qol vurub və 5 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru