Ronaldudan yeni rekord: Diz çökərək ağladı

6-09-2024, 10:39           
Ronaldudan yeni rekord: Diz çökərək ağladı
Kriştianu Ronaldu karyerası ərzində 900 qol vuran ilk futbolçu olub.

Oxu.Az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu bu nailiyyəti UEFA Millətlər Liqası çərçivəsində Xorvatiya yığmasına qarşı oyunda əldə edib. O, komandasının ikinci qolunu xorvatların qapısından keçirib.

Qol sevincini qeyd edən futbolçu diz çökərək ağlayıb.

Qeyd edək ki, Ronaldu indiyədək "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5, "Əl-Nəsr"də 68, milli komandada isə 131 dəfə fərqlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.