İngiltərə millisinin kapitanının heykəli hazırlanıb

19-11-2024, 16:14           
İngiltərə millisinin kapitanının heykəli hazırlanıb
İngiltərə millisinin kapitanı Harri Keynin heykəli hazırlanıb.

“Report” ESPN-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl sifariş verilən sənət əsəri tamamlanaraq ictimaiyyətə təqdim edilib.

Şimali Londondakı Uoltham Forest bələdiyyəsi 2019-2020-ci illərdə heykəlin hazırlanması üçün 7,200 funt-sterlinq xərcləsə də, yerli qanunvericiliyə görə ona daimi yer tapılmayıb. Ölkənin ən çox qol vuran futbolçusunun skamyada, dizinin üstündə topla oturan vəziyyətdə təsvir olunmuş heykəli hazırda Londondakı Uoltamstoudakı “Peter May” İdman Mərkəzində yerləşdirilib.

Açılış mərsimi üçün əsərin yerləşdiyi əraziyə baş çəkən 31 yaşlı hücumçu sosial şəbəkə hesabında onunla birlikdə şəklini paylaşıb və bunun qürurverici an olduğunu yazıb.

Qeyd edək ki, H.Keyn Millətlər Liqasının V turunda İrlandiyanı 5:0 hesabı ilə məğlub etdikləri görüşün 53-cü dəqiqəsində penaltidən fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru