Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib

11-12-2024, 15:47           
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Braziliya millisinin sabiq futbolçusu Fabio Roşembak 43 yaşını qeyd etdiyi gün futbol karyerasını bərpa edib.

"Dailystar" xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan "Guarani de Şaşim" klubu ilə qısamüddətli müqavilə imzalayıb.

Roşembak yeni komandası ilə debüt matçına çıxaraq 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, futbolçu 2014-cü ildə karyerasını başa vurduqdan sonra qalmaqallarla gündəmə gəlib. O, xoruz döyüşlərində iştirak ittihamı ilə həbs edilmişdi. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatında yerləşən fermasına basqın edərək, 89 xoruz və 100 min dollardan çox nağd pul ələ keçirmişdi.

Futbolçu karyerası ərzində "Barselona" (İspaniya), "Midlsbro" (İngiltərə) və "Sportinq" (Portuqaliya) klublarında çıxış edib. Braziliya yığmasının heyətində isə 7 oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru